18 Yanvar 2020 01:54
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Sahil Mühafizəsi son bir həftə ərzində 1471 qanunsuz miqrantı saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının rəsmi "Twitter" səhifəsində dərc olunmuş hesabatında deyilir.

Qeyd edilib ki, son bir həftə ərzində baş verən 41 hadisədə 1471 qanunsuz miqrant və miqrant qaçaqmalçı tutulub.

Həmin paylaşımda bildirilib ki, həftə ərzində 12 qanunsuz mühacir meyiti aşkar edilmişdir.


Müəllif: Teleqraf.com