19 Yanvar 2020 16:46
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Almaniyada bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, tərəflər Liviyadakı son proseslər ətrafında müzakirə aparıblar.

Türkiyə prezidenti iki ölkənin birgə səyləri nəticəsində meydanda sükunətin təmin olunduğunu söyləyib.

"Atəşkəsin əldə olunması üçün çoxlu səy göstərdiyinizi bilirəm. Sarracı razı salmaq üçün çox çalışdıq. Anlaşmanı imzalamayan Haftar sülh tərəfdarı olmadığını nümayiş etdirdi. Berlində sülh prosesinə nail olunmalı? Haftarın hücumçu mövqeyinə son qoyulmalıdır", - deyə Ərdoğan bildirib.

Putin türkiyəli həmkarı ilə yenidən görüşdüyü üçün şad olduğunu bildirib: "Hamımız İstanbuldakı səfərdən çox məmnunuq, Sizə minnətdarıq. Enerji sahəsində hər iki ölkə arasında çox vacib hadisə idi. Bir çox sahədə səmimi işbirliyimiz var. Hər iki tərəf üçün ortaq nöqtələri tapmağı öyrənmişik. Bir sıra açar mövzularda faydalı əməkdaşlıq edirik. Suriya, İran və Liviya mövzusunda olduğu kimi. Ciddi addımlar atmışıq. İstanbulda Liviyadakı tərəfləri atəşkəsə çağırdıq. Tərəflər bizi dinlədilədi, qarşıdurma dayandı".


Müəllif: Nərgiz