20 Yanvar 2020 13:47
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlin konfransı çox faydalı olsa da, hələ Liviyadakı tərəflər arasında qərarlı və ciddi dialoq təmin olunmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Berlin konfransından sonra rusiyalı jurnalistlərə açıqlamasında deyib.

Konfransa uzun zamandır hazırlaşdıqlarını söyləyən Lavrov nəticədə Liviya böhranının aradan qaldırılması təklifləri ilə çox detallı bir sənəd üzərində razılıq əldə olunduğunu bildirib.

"Bu təkliflər Liviyadakı tərəflərin danışıqlar masasına oturmasını və razılaşmanın əldə olunmasını təmin edəcək. Sənəddə Liviya böhranını hərbi yolla deyil, kənardan müdaxilə olmadan Liviyanın özünün həll etməsinin vacibliyinə dair maddə də öz əksini tapıb. Ümumilikdə konfransı çox faydalı hesab edirik, əlbəttə ki, liviyalıların özü problemi həll edəcək. Lakin Liviyadakı tərəflər arasında qətiyyətli və ciddi dialoq hələki təmin edilmir. Fərqli yanaşmalar çoxdur".


Müəllif: Nərgiz

Oxşar xəbərlər