22 Yanvar 2020 23:38
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində koronavirusun yeni növünün səbəb olduğu pnevmoniyadan ölənlərin sayı 17-yə çatıb.

Teleqraf.com-un məlumatına görə, daha əvvəl virusdan 9 nəfərin öldüyü açıqlanmışdı.

Bu günə qədər virus 25 əyalət və şəhərə yayılıb. Ölkə daxilində yoluxanların sayı 473 nəfərə çatıb.

Qeyd edək ki, yeni virus dekabrın sonlarında Çinin Uhan əyalətində qeydə alınıb.

Xəstəlik artıq Çindən kənarda da yayılıb. Cənubi Koreya, Yaponiya, ABŞ və Taylandda infeksiyaların olduğu, Sinqapur, Honqkonq və Avstraliyada şübhəli infeksiya halları aşkarlanıb. Çin hakimiyyəti rəsmi olaraq virusun insandan insana ötürüldüyünü təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər