Ukraynanın Antiterror əməliyatlarının keçirildiyi zonada həlak olan 1000-dən çox hərbçinin cəsədləri morqlarda qalıb.
ANS PRESS-in məlumatına görə, Ukrayna mətbuatı yazır ki, həlak olan hərbçilərdən 552-nin şəxsiyəti müəyyən edilməyib.
Dneprpetrovsk Vilayət administrasiyasının sədr müavini Svyatoslav Oliynık keçirdiyi iclasda bildirib ki, şəxsiyyəti məlum olmayan hərbçilər barəsində təcili tədbirlər görülməli, məsələ həllini tapmalıdır.
İclasa sədrlik edən Ukrayna prezidentinin müşaviri Olqa Boqomoleç isə bildirib ki, Antiterror əməliyatlarının keçirildiyi zonada həlak olanların şəxsiyətinin müəyyən olunması və münaqişə zonasında itkin düşənlərin axtarış prosesinin sürətlənməsi üçün hökumət bütün lazımi tədbirləri görür.