23 Yanvar 2020 18:11
2 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı aviasiya bazasının hərbi vertolyotlarının gənc pilotları çətin meteoroloji şəraitdə sadə və mürəkkəb aerobatik hərəkətlərin məşqlərinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirir ki, vertolyot ekipajları gündüz, zəif görünmə və duman şəraitində, uçuş, hədəfə və yerə yaxınlaşma, şaquli enmə və sair kimi sadə sınaq elementlərini həyata keçirir.

Həmçinin vertolyot ekipajları kəşfiyyat, yerüstü və hava hədəflərinin aşkarlanması və tanınması tapşırıqlarını yerinə yetirəcək, raketlərin və hava bombalarının seçilməsi, uçuşlar zamanı şərti düşmənin birbaşa vurulması məşqlərini icra edəcək.

Praktik məşğələlərə 100-ə yaxın hərbi pilot və uçuş texnikası, 30-a yaxın yerüstü və aviasiya hərbi texnikası cəlb olunub.


Müəllif: Mənsur Rəğbətoğlu