25 Yanvar 2020 11:31
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Vuhan şəhərindən yayılmağa başlayan koronavirusuna yoluxma artıq Avropada da qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Fransanın paytaxtı Parisdə iki, Bordeaux şəhərində isə bir nəfərdə virus aşkarlanıb.

Avstryada da bir nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. Çindən gələn Melbourne şəhərinin vətəndaşı artıq xəstəxanya yerləşdirilib.

Fransa səhiyyə naziri Aqnes Buzyn deyib ki, Bordeaux şəhərindən son dövrlər Vuhan şəhərinə gedən Çin əsilli 48 yaşlı bir şəxsdə koronavirusu aşkar edilib. Parisdə də iki nəfərə bu diaqnoz qoyulub.


Müəllif: Cavad