İranın “Fars” xəbər agentliyinin internet səhifəsi ABŞ Maliyyə Nazirliyinin göstərişi ilə əngəllənib.
Teleqraf.com xəbər verir ki, “Fars” agentliyinin Teleqraf kanalından yayılan açıqlamaya görə, beynəlxalq operatorlardan alınan elektron ünvanlara maneə kimi ABŞ Maliyyə Nazirlyinin bu agentliyi qara siyahıya salması olub.
“İr” domeni ilə sayta girmək mümkün olsa da, “com” domeni ilə açılan səhifəsi qapalıdır.
Qeyd edək ki, ABŞ dünən İranla əlaqələri olan bir Çin və bir İran vətəndaşını, eyni zamanda neft sektorunda fəaliyyət göstərən bir neçə şirkəti qara siyahıya salıb.