“Ukrayna Prezidenti Vladimir Zelenski getdikcə daha çox Ukrayna milliyyətçiliyinin ideyalarına can atır, Sovet İttifaqının Ukrayna ərazilərinin və Şərqi Avropanın nasistlərdən azad edilməsinə verdiyi töhfəni unutmağı düşünür”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin deyib.
Narışkin Ukrayna liderinin Polşaya səfəri zamanı SSRİ ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:
“Cənab Zelenski getdikcə millətçi kimi görünməyə başlayır, Qırmızı Ordunun Ukraynaya çağırılmasını tamamilə unudur”.
Kəşfiyyat şefi dünya müharibəsində Sovet İttifaqının Ukraynanı Hitler Almaniyasından xilas etdiyini bildirib.
Əlavə edək ki, Polşaya səfəri zamanı Auşvitz nasist düşərgəsinin azad edilməsinin 75 illiyinə həsr edilmiş anım tədbirində danışan Zelenski Sovet İttifaqını İkinci Dünya Müharibəsinin günahkarlarından biri adlandırıb.
Düşərgənin azad edilməsindən danışan prezident SSRİ-ni xatırlamayıb, ancaq əməliyyatda iştirak edən Ukrayna ordusu haqda danışıb.