Ərəb Birliyi ABŞ Prezidenti Donald Trumpın Yaxın Şərq Sülh Planını müzakirə etmək üçün fevralın 1-nə birliyin təcili iclasını çağırıb.
Teleqraf.com xəbər verir ki, Fələstinin birlikdə daimi nümayəndəsi Diyab əl-Luh Ərəb Birliyindən dövlət başçısı Mahmud Abbasın iştirakı ilə təcili toplantısının keçirilməsini tələb edib.
Diplomat birliyə üzv müsəlman ölkələrindən Trampın planına qarşı Fələstinə dəstək istəyib.
Luh bu planının Fələstinin yox edilməsinə yönəldiyini bildirib.