31 Yanvar 2020 19:29
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Nazilər Kabinetinin sonucu iclasında ölkədə koronavirus təhlükəsi ilə bağlı fövqəladə vəziyyətin elan olunması barədə qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 31-də müvafiq sərəncam imzalayan Baş Nazir Cüzeppe Konte Dünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyət deklarasiyasından sonra bu addımı atdıqlarını bildirib.

Artıq İtaliyada koronavirus yoluxması rəsmi qeydə alınıb. İki çinli turist bu xəstəliyə yoluxaraq Romanın ixtisaslaşmış Spallansiani xəstəxanasına yerləşdirilib. Hazırda onların kontaktda olduqları bütün insanlar araşdırılır.

İtaliya sonuncu dəfə bu istiqamətli fövqəladə qərarı 2002-ci ildə, ağır respirator sindromu olan “quş qripi” zamanı elan etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər