1 Fevral 2020 09:38
3 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın paytaxtı Tripoliyə hücum edən Xəlifə Haftar qüvvələri geri çəkilməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya ordusunun qüvvələrinin komandanı, general Səlim Kaşut məlumat verib.

General Haftar qüvvələrinin raket sistemlərinin sıradan çıxarıldığını bildirib.

O, Haftarf ordusuna dəstək verən Rusiya və BƏƏ qüvvələrinin də Triploidən çıxmağa başladığını deyib.

Paytaxtda vəziyyətin əleyhinə dəyişdiyi qiyamçı general Xəlifə Haftar isə tərəfdarlarına müraciət edərək Türkiyə və Müsəlman Qardaşları Təşkilatına (Misir) cihad elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər