1 Fevral 2020 12:44
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun yaxın vaxtlarda Belarusa səfir təyin etmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı söyləyib.

Aleksandr Lukaşenko isə Pompeo ilə ən azı iki səbəbə görə görüşməkdən səmimi şəkildə məmnun olduğunu deyib. Belarus liderinin sözlərinə görə, birincisi, ABŞ dövlət katibini müasir ABŞ siyasətinin memarlarından biri hesab etmək olar:

“İkincisi, çox yaxşıdır ki, Belarus və ABŞ münasibətlərindəki müxtəlif anlaşılmazlıqlardan, keçmiş hakimiyyətin tamamilə əsassız anlaşılmazlığından sonra Minskə gələrək bu ölkəyə baxmağa risk etmisiniz”.

***

11:59

ABŞ dövlət katibi Mayk Pompeo Belarusa səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

“Amerika nümayəndə heyətinin olduğu təyyarə Minsk Milli Hava Limanına endi”, – deyə agentlik yazıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minskdə Mayk Pompeo ilə görüşəcəyi gözlənilir.

Bundan öncə Pompeo Kiyevə səfər etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər