1 Fevral 2020 18:56
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Nigeriya, Qırğızıstan, Myanma, Sudan, Tanzaniya və Eritreya vətəndaşlarına Amerikada daimi yaşamaq icazəsi verən vizaları dayandırıb.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik naziri Çad Vulf açıqlayıb.

Nazir sözügedən ölkələrin ABŞ-ın təhlükəsizlik standartlarına uyğun gəlmədiyini bildirib. Amma bu qadağanın turizm vizalarına tətbiq edilmədiyini də sözlərinə əlavə edib.

Qərarın qüvvəyə minməsindən sonra Nigeriya, Qırğızıstan, Myanma, Sudan, Tanzaniya və Eritreya vətəndaşları ABŞ-dan daimi yaşamaq vizası ala bilməyəcəklər.

ABŞ hökuməti bundan əvvəl İran, Liviya, Suriya, Somali, Yəmən, Şimali Koreya və Venesuelaya vizaların verilməsini dayandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər