Çin hökuməti koronavirusla mübarizə üçün Avropa Birliyindən dərman təchizatı məsələsində yardım istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Global Times" qəzeti bildirib.
Qəzetin yazdığına görə, ÇXR Dövlət Şurasının sədri Li Ketsyan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendən dərmanla təminat məsələsinda yardım xahiş edib.
Müraciət bütün AB ölkələrinə ünvanlanıb.
Bundan əlavə, Çin Xarici İşlər Nazirliyi ABŞ-da fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi və son 14 gün ərzində Çində olan əcnəbilərin bu ölkəyə girişinə qoyulan qadağanı kəskin tənqid edib. Qeyd edək ki, Çindən qayıdan amerikalılar 14 gün sınaqdan keçiriləcək və karantində olacaqlar.
"Bu, əlbəttə ki, yaxşı niyyət deyil", - Çin tərəfi bildirib.