3 Fevral 2020 08:56
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

G7 ölkələri yeni növ koronavirusu müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpan bildirib.

Y.Şpan deyib: "Dünən vəziyyətin ümumi qiymətləndirilməsinə gəlmək üçün amerikalı həmkarımla telefon danışığım oldu. Biz razılaşdıq ki, G7 ölkələrinin səhiyyə nazirlərinin telefon konfransını keçirmək lazımdır".

Nazir qeyd edib ki, Amerika tərəfi ilə vəziyyət üzrə telefon konfransı keçirməyi razılaşdırıb.

Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər