3 Fevral 2020 11:40
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər İslam dünyasında baş verən proseslər, xüsusilə Fələstindəki son durum, “Əsrin anlaşması” layihəsi ətrafında müzakirə aparıblar.

Nazirlər İslam dünyasının Fələstin məsələsində qətiyyətli mövqe nümayiş etdirməli olduğunu vurğulayıblar.


Müəllif: Nərgiz

Oxşar xəbərlər