Türkiyə Silahlı Qüvvələri Bəşər Əsəd ordusunun Suriyanın Hama bölgəsindəki helikopter bazasını vurub.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində Əsəd ordusuna məxsus çoxlu sayda hərbi texnika və bombalar məhv edilib.
Bundan başqa rejim qüvvələrinin Türkiyənin hərbi mövqelərini atəşə məruz qoyduğu Xan Tumandakı müşahidə məntəqələri də türk bazalarından atəşə tutulub.
Zərbələr nəticəsində dağıdılan Cub Ramla bazasının Əsəd ordusunun partlayıcı maddə saxladığı əsas strateji anbarlarından biri olduğu bildirilib.
Əlavə edək ki, fevralın 3-də Əsəd ordusunun Türkiyənin İdlibdəki hərbi mövqelərinə hücumu nəticəsində 8 türk hərbçisi həlak olub. Olaydan sonra Prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verərək, geri çəkilməsi üçün Suriya rejiminə fevralın sonunadək vaxt verib.