Rusiya prezidenti Vladimir Putin oktyabrın 16-17-də İtaliyanın Milan şəhərində keçiriləcək forumda iştirak etmək istəyir.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu qərar bir sıra Avropa Birliyi (AB) ölkələrinin liderlərinin sərt reaksiyasına səbəb olub. Putin bu qərarı ilə Avropa-Asiya görüşü forumunun təşkilatçılarına problem yaradıb. Belə ki, bəzi mənbələrdə Putinin bu qərarına etiraz olaraq Şərqi Avropa və Baltikyanı ölkələrin bu sammitə qatılmayacağı qeyd olunub. Onlar buna əsas səbəb kimi Rusiyanın Ukraynanın şərqində törətdiklərini göstərirlər/
Rəsmilərin verdiyi məlumatlarda sammitdə Rusiya baş naziri Dmitri Medvedevin iştirakı razıllaşdırılsa da, Putinin bu istəyi gözlənilməz olub.
Qeyd edək ki, bu sammitdə 55 dövlət və hökumət rəhbərlərinin iştirak etməsi planlaşdırılır.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.