Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mənə hər 3 saatdan bir Hitler deyirdi. İndi isə hər 6 saatdan bir...
Teleqraf.com xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Binyamin Netanyahu lideri olduğu Likud Partiyasının Raanana şəhərində keçirdiyi mitinqindəki çıxışı zamanı deyib.
“Yerüsəlim Post” qəzeti Netanyahunun mitinqdəki çıxışında Türkiyə lideri haqqında işlətdiyi fikirlərə yer verib.
Netanyahu bildirib ki, keçmişdə Türkiyə Prezidenti Ərdoğan hər 3 saatdan bir mənə Hitler deyirdi, indi isə hər 6 saatdan bir deyir:
“Ancaq Allaha şükürlər olsun ki, Türkiyə ilə İsrail arasında ticarət artıb”.
Baş nazir əlavə edib ki, Türkiyəyə getməyən yeganə israillidir:
“Ərdoğanla bəzi problemlərimiz oldu, ancaq əlaqələrimiz dramatik bir şəkildə deyil”.