Türkiyədə Trabzon şəhərinin Vakfıkebir mahalında 150 illik tarixi bulaq sökülərək oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Güneyköy məhəlləsinin müdiri Süvari Şərəf Vakfıkebir-Tonya yolayrıcındakı 150 illik çeşmənin söküldüyü barədə aidiyyatı qurumlara məlumat verib.
Xeyriyyə məqsədilə 150 il öncə çəkilən bulağın daşlarının tamamilə sökülərək oğurlanması ətrafda yaşayanların təəccübünə səbəb olub. Ərazidəki iş yerlərinin təhlükəsizlik kameralarının görüntüləri ilə şübhəlilərin axtarışına başlanılıb.
Oğurluq faktına sosial media istifadəçiləri sərt reaksiya veriblər.