8 Fevral 2020 08:37
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp impiçmenti proseduru zamanı ona qarşı ifadə vermiş daha bir şəxsi - Birləşmiş Ştatların Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondladı vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, Qordon Sondland impiçment prosedurunda vəzifəsindən çıxarılan ikinci şahiddir.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinə qarşı ifadə vermiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindman da vəzifəsindən kənarlaşdırılıb. Vindmanla yanaşı, onun əkiz qardaşı, şurada hüquqşünas işləyən Yegveni Vindman da işdən çıxarılıb.


Müəllif: Teleqraf.com