9 Fevral 2020 14:00
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) münaqişə tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırıb. ABŞ-ın Liviyadakı səfirliyindən isə “Liviyada tərəflər böyük əməliyyata hazırlaşır” iddiası gəlib.

Teleqraf.com xəbər verir ki, səfirlikdən verilən açıqlamada tərəflər arasında baş verəcək qarşıdurma ehtimalının bölgədə əlavə risklərə yol açacağı bildirilib.

“Bütün tərəfləri və xarici qüvvələri bu kimi addımların daşıdığı riskləri düşünməyə, BMT-nin həll missiyasına dəstək verməyə çağırırıq”, - məlumatda qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər