11 Fevral 2020 15:00
2 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İdlibdə Əsəd ordusunun türk əsgərlərinə qarşı hücumunu pisləyərək, Rusiya ilə əməkdaşlıq məsələsinə yenidən baxılmağın vacibliyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, Baxçalı Suriya prezidenti Bəşər Əsədin qatil olduğunu deyib.

“Zalımlar qana doymayıb, ötən gün İdlibdə şəhidlərimizin olduğu barədə xəbərlər gəldi. Cani Əsəd hərbçilərimizə toplarla hücum edib. Artıq səbrimiz daşıb. Dəfələrlə cavab verilsə də, Əsəd getməyənə qədər ürəyimizdəki yanğın soyumayacaq. Əsəd qatildir, qeyri-legitimdir. Rusiya səmimi deyil. Hökumətin Rusiya ilə münasibətlərinə yenidən baxması səmimi arzumuzdur”.

Baxçalının fikrincə, indidən Dəməşqə girmək barədə plan qurmaq lazımdır: “Yansın Suriya, rədd olsun Əsəd. Şəhid qanı yerdə qalmamalıdır. Əsəd devrilməlidir, o, müharibənin günahkarıdır. Mütləq istintaqa cavab verməli, cəzalandırılmalıdır”.


Müəllif: Nərgiz