25 Sentyabr 2014 13:55
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və ərəb ölkələrinin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı Suriyada apardığı hava hücumları nəticəsində 12 mülki vətəndaş həlak olub.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, çoxlu sayda İŞİD döyüşçüsünün həlak olduğu hücum Rakka şəhərinin Tel Abyad rayonunda həyata keçirilib.

Suriya Yerli Koordinasiya Komitəsindən (LCC) verilən yazılı açıqlamada, Ayn İsa rayonunda İŞİD-in nəzarətindəki 93-cü diviziyaya təşkil olunmuş hücum nəticəsində koalisiya qüvvələrinə məxsus döyüş təyyarələrinin bombalandığı qeyd edilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər