14 Fevral 2020 12:16
4 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi Suriya Prezidenti Bəşər Əsəd ordusuna yenidən zərbə vurulduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatında İdlib bölgəsində 63 Əsəd döyüşçüsünün məhv edildiyi bildirilir.

“13 hərbçimizi şəhid edən Bəşər Əsəd rejiminə yenidən böyük zərbə vuruldu. İdlib bölgəsində müxtəlif mənbələrdən alınan son məlumatlara görə, 63 rejim ünsürü zərərsizləşdirilib”.


Müəllif: Nərgiz