İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, yeraltı təkanların episentri Soronq şəhərindən 272 kilometr cənubda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.