18 Fevral 2020 12:25
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət partiyalarının üzvləri və vətəndaş cəmiyyyəti fəalları İrakli Şotadzenin ölkənin baş prokuroru təyin edilməsinə etiraz olaraq Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası keçirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

Kanalın verdiyi məlumata görə, etiraz aksiyası sakit keçir və asayişin təmin olunmasına az sayda polis əməkdaşı cəlb olunub.

Nümayişçilər əllərində plakatlar tutaraq, müxtəlif şüarlar səsləndirirlər, amma parlament binasına keçidi əngəlləmirlər.


Müəllif: Səxavət