Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvadakı görüşlərdə nəticə olmazsa, yaxın günlərdə liderlər səviyyəsində toplantının olacağı barədə anons verib.
Teleqraf.com xəbər verir ki, türkiyəli nazir İdlibdəki vəziyyəti tənzimləmək məqsədilə Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvadakı danışıqlarının bəzi detallarını açıqlayıb.
Onun sözlərinə görə, tərəflər qarşılıqlı atəşkəs rejiminin tətbiqi, Soçi anlaşmasına yenidən qayıdılması və birgə patrul da daxil olmaqla, bir sıra məsələlər ətrafında müzakirə aparıblar.