Türkiyə və Rusiya bölgədə təhlükəsizliyi təmin etmək üçün Suriyanın İdlib vilayətində müştərək patrul xidmətlərinin aparılması imkanlarını müzakirə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə agentliyə açıqlamasında Türkiyə, İran və Rusiya arasında İdlibdəki vəziyyətlə bağlı Tehranda görüş keçirilə biləcəyini də təsdiqləyib. Ancaq hansı səviyyədə təmasların ola biləcəyini qeyd etməyib.