23 Fevral 2020 13:00
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada yeni koronavirusa yoluxma ilə əlaqədar dünən daha 26 hal qeydə alınıb.

Teleqraf.com xəbər verur ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi Tokionun yaxınlığında yerləşən Kanaqava prefekturasındakı dörd nəfərlik ailənin bütün üzvlərinin virusla əlaqədar yoxlama zamanı müsbət reaksiya verdiyini açıqlayıb.

Belə bir reaksiya Yaponiya paytaxtının yaxınlığındakı Çiba prefekturasında yerləşən natamam orta məktəbin qadın müəllimində də qeydə alınıb. Yerli hökumət orqanlarının bildirdiyinə görə, məktəb fevralın 26-dək bağlı qalacaq.

Bu gün yerli vaxtla saat 11:30-a olan son məlumata görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər