23 Fevral 2020 16:19
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Tehran, Kirmanşah, Qəzvin, Ərdəbil, Əlborz, Gilan, Mazandaran, Şərqi Azərbaycan və Gülüstan vilayətlərində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün məktəblər, universitetlər, uşaq bağçaları bağlanıb, kütləvi idman tədbirlər təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, Səhiyyə Nazirliyinin həyata keçirdiyi profilaktik tədbirlərə baxmayaraq virus İranın vilayətlərinə yayılmaqda davam edir.

İranın Mədəniyyət Nazirliyi bütün konsert proqramlarını, teatr tamaşalarını, muzeyləri ziyarət etməyi və digər mədəni-kütləvi tədbirlərin keçirilməsini müvəqqəti qadağan edib. Tehran şəhərinin apteklərində tibb maskası və tibbi spirtin qiyməti kəskin şəkildə yüksəlib.

Bütün bunlara rəğmən Tehran bələdiyyəsi ictimai nəqliyyatı və metro vaqonlarını hər gün dezinfeksiya edir.


Müəllif: Teleqraf.com