24 Fevral 2020 09:29
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimiyyət İranla aviaəlaqələri dayandırmalıdır.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün İran vətəndaşlarının Gürcüstana buraxılmaması gərəkdiyini bildirib.

Saakaşvili bu təklifi edərkən ksenofob olmadığını, bu çağırışı Tiflisdə oğlunun təhsil almasını nəzərə alaraq etdiyini bildirib.

Qeyd edək ki, koronovirus səbəbindən Gürcüstan İrana hava uçuşlarını dayandırıb.


Müəllif: Teleqraf.com