G7 ölkələri və Avropa birliyi Minsk danışıqlarına əməl etmədiyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyib.
Teleqraf.com-un məlumatına görə, xarici KİV-ə əsasən bu barədə “yeddilik” ölkələrin xarici işlər nazirlərinin və AB-nin yüksək rütbəli nümayəndəsi bildirib.
Bundan əlavə ölkə liderləri Moskva üçün bir daha yeni qadağaların qarşısını ala biləcək şərtləri səsləndiriblər. Minsk razılaşmasına əsasən Rusiya Ukrayna sərhəddindən öz ordu və qüvvələrini geri çəkməli, burada təhlükəsizliyi təmin etməli eləcədə müqavimət qüvvələri tərəfindən saxlanılan əsirlərin hamısının azadlığına nail olmalıdır.
Bundan əlavə “yeddilik” ölkələrin liderləri və AB qışın gəlməsi ilə əlaqədar Ukraynaya kömək etməyi və ölkənin iqtisadiyyatının bərqərar olmasında iştrak etməyə boyun olublar.
Nihad