24 Fevral 2020 15:06
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran səhiyyə nazirinin müavini İrec Harirçi hökumət sözçüsü Əli Rebii ilə birgə mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, nazir müavini Qumun millət vəkili Əhməd Əmirabadi Ferahaninin Qum şəhərində koronavirus nəticəsində 50 nəfərin öldüyü iddiasını təkzib edib.

O bildirib ki, koronavirusun ölkə ərazisində yayılması milli problemə çevrilib: “Ölkədə virusa yoluxanların sayı 60-ı ötüb, ölənlərin sayı isə 12 nəfərə çatıb”.

İrec Harirçi Qum şəhərinin karantinə alınmasına xəbərinə də münasibət bildirib: “Biz heç vaxt karantin tətbiqinə əl atmamışıq. Karantin I Dünya müharibəsindən əvvəl və taun xəstəliyi dövründə qalıb. Hətta çinlilər də karantində qalmağa razı deyillər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər