Türk Silahlı Qüvvələrinin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) İdlibin şərqindəki Neyrab kəndinə nəzarəti ələ keçirib.
Teleqraf.com-un məlumatına görə, SMO tərəfindən verilən yazılı açıqlamada qeyd edilib ki, İdlibin şərqindəki Neyrab kəndi ələ keçirilib.
Xatırladaq ki, Türk ordusu İdlib ətrafında Bəşər Əsədi dayandırmaq məqsədilə əməliyyat keçirəndə Neyrab kəndinə də artilleriya zərbələri endirirdi. Bu kənd Əsəd ordusu tərəfindən tutulmuşdu və İdlib istiqamətində strateji əhəmiyyətə malik məntəqələrdən hesab olunurdu.