“Keçmiş Sovet İttifaqının demək olar ki, bütün ölkələri Moskvanın borcları ödəməsi üçün əmlaklarını yenidən qeydiyyata aldılar, lakin bu prosedurun tamamlanmadığı dövlətlər var”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Söhbət bəzi xarici ölkələrdə Sovet əmlakının yenidən qeydiyyata alınmasından gedir. Ölkələrin böyük əksəriyyətində bu əmlaklar yenidən qeydiyyata alındı və Rusiyada da de yure və de-fakto yenidən qeydiyyata alındı”, - Peskov qeyd edib.
Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyanın keçmiş Sovet İttifaqı respublikalarının hamısının borclarını ödəməyi öhdəsinə götürmüşdü. Lakin yeni müstəqil olan dövlətlərin əksəriyyətinin qeydiyyatdan keçmədiyini demişdi.