“Rusiya koronavirusa qarşı peyvəndin tapılması üçün işləri davam etdirir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova açıqlama verib.
Onun sözlərinə görə, rusiyalı elm adamları peyvəndin hazırlanması üçün işləri davam etdirir:
“Əlimizdə virusun nümunəsi mövcuddur, peyvəndin hazırlanması prosesi davam edir. İndiyədək 5 prototip hazırlamışıq”.
Qeyd edək ki, Rusiyadan əvvəl Çin və ABŞ-da peyvəndin hazırlanması üçün işləri davam etdirdiklərini açıqlamışdı.