Koronavirusa yoluxan İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi bu gün xəstəxanada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, virusun tüğyan etdiyi Qum şəhərində müalicə alan Xosrovşahinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.
Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.