NATO müttəfiqimiz Türkiyənin yanındayıq. Biz imkanlarımız daxilində Türkiyəyə əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bunun üçün hazırda uyğun plan üzərində çalışırıq.
Axar.az xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.
“Hadisələrin gedişatından xəbər tutmaq üçün mütəmadi olaraq Türkiyə tərəfi ilə əlaqədəyik. Əgər edə biləcəyimiz hər hansı bir kömək olarsa, buna hazırıq. Amma bölgədə sülhün qorunması üçün Əsədi rejimini, Rusiya və İranın dəstəklədiyi qüvvələri bu xain hücumları dayandırmağa çağırırıq”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.
Türk ordusu havadan və qurudan Əsəd ordusunun bütün bəlli hədəflərinə zərbələr endirir.