Koronavirus təhlükəsi ilə əlaqədar “Uzbekistan Airways” Çin və Cənubi Koreyadan sonra İtaliya və Yaponiyaya da uçuşları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu ölkələrdə koronavirus təhlükəsi tam sovuşandan sonra uçuşlar bərpa olunacaq.
Xatırladaq ki, fevralın 29-da Seuldan gələn 251 sərnişin, o cümlədən 20 Rusiya vətəndaşı Daşkənd vilayətinin Çirçik şəhərindəki sanatoriyada 14 gün karantində saxlanılacaq.
Dünya Səhiyyə Təşkilatının son məlumatına görə, koronavirus dünyanın 53 ölkəsinə yayılıb.