26 Sentyabr 2014 14:26
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının tərkibində döyüşənlərin sayı 50 minə çatıb.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Katib deyib ki, İraq və Suriyanın bir qisminə nəzarət edən İŞİD güclənməyə davam edir: “Müxtəlif proqnozlara görə, 30-50 min arasında insan bu təşkilat üçün vuruşur”.

Patruşevin sözlərinə görə, silahlılar mükəmməl təlimdən keçirlər: “Yaxın şərq regionundan, Avropa Birliyindən, ABŞ və Müstəqil Dövlətlər Birliyi ölkələrindən radikal qruplar buraya daxil olur. Onlar evlərinə qayıdanda təhlükəsizlik baxımından böyük təhdidlər yaranacaq”.

Xatırladaq ki, İŞİD ilə mübarizə əməliyyatlarına birtərəfli reaksiya göstərən Moskva Suriyada hədəflərin vurulmasında Dəməşq rəhbərliyindən icazənin alınmasını və ya BMT Təhlükəsizlik Şurasından qərar çıxarılmasını tələb edir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər