Rusiya Suriyada hərbi mövcudluğunu gücləndirib.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” yayıb. Məlumata görə, Rusiya Suriyaya dəniz və hava tədarüklərini 28 fevraldan etibarən artırmağa başlayıb.
Agentlik bunun Əsəd qüvvələrinin Türkiyə hərbçilərinə hücumundan bir gün sonraya təsadüf etdiyini bildirib:
“Bu insidentdən sonra Moskva Türkiyənin Bosfor boğazını Rusiya hərbi gəmiləri üçün bağlayacağı və Rusiya hərbi-nəqliyyat təyyarələrinin Türkiyə hava məkanından istifadəsini qadağan edəcəyi ilə əlaqədar narahat olub. Buna görə də bu addım atılıb”.