Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Ərdoğan söhbət zamanı İdliblə bağlı razılaşmanın bölgədəki həm dinc əhalinin, həm də orada xidmətdə olan türk əsgərlərinin həyatını qoruduğunu bildirib.
Eyni zamanda Yunanıstan sərhədindəki gərginlikdən danışan Ərdoğan Afinanın beynəlxalq hüququ ciddi şəkildə pozduğunu Merkelin diqqətinə çatdırıb.
Türk lider Ankara-Avropa Birliyi (AB) arasında miqrasiya razılaşması mexanizminin işləmədiyini və bu müqaviləyə yenidən baxılması gərəkdiyini deyib.