Təxminən bir aya yaxındır Şimali Koreya Prezidenti Kim Yonqdan xəbər yoxdur.
Axar.az xəbər verir ki, artıq uzun müddətdir xalq qarşısına çıxmayan Kim Yonqun xəstə ola biləcəyi iddia edilir.
Şimali Koreya Xəbər Agentliyi dünən reallaşan Ali Xalq Məclisi konfransına da qatılmayan Şimali Koreya liderinin yığıncağda iştirak etməmə səbəbi barədə məlumat verməyib.
Sonuncu dəfə 3 sentyabrda konsertlərdən birində iştirak edən Yonqun "qut" xəstəliyinə tutulduğu bildirilir. Xalqın isə liderlərinin görünməməsindən dərin narahatlıq keçirdiyi qeyd edilir.
İsveçrədə təhsil aldığı vaxtlar həddindən artıq pendir yediyi bildirilən Yonqun kilo aldığı, həmçinin hədsiz dərəcədə siqaret çəkdiyi vurğulanır.