12 Mart 2020 11:00
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayında taxta əyləşməyə hazırlaşan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman “Biət Şurası”nın üzvünü həbs etdirib.

Teleqraf.com xəbər verir ki, həbs olunan şəxs şahzadə salmanın əmisi oğlu Səəd əl-Səuddur.

Əl-Səudun dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunduğu bildirilib.

Səudiyyə Ərəbistanı hökuməti hələlik son günlərdə baş verən siyasi motivli həbslərlə bağlı açıqlama verməyib.

Yaşlı Kral Salmanın səhhətinin getdikcə pisləşdiyinin bildirildiyi məlumatda, kralın taxtdan çəkilərək yerini oğlu Salmana verəcəyi təqdirdə “Biət Şurası”nın bunu təsdiq etməli olduğu, şahzadənin də bu məqsədlə şuranı yola gətirməyə çalışdığı qeyd edilib.

Məlumatda, eyni zamanda son həbslə “Biət Şurası”ndan həbs olunanların sayının 4-ə çatdığı bildirilib. Məhəmməd bin Salman bundan əvvəl Məhəmməd bin Nayəf, kralın qardaşı Əhməd bin Əbdüləzizi, daha öncə isə Mitəb bin Abdullahı həbs etdirmişdi.

Həbs edilən həmin şəxslər barəsində də, “dövlət çevrilişinə cəhd” ittihamı irəli sürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər