Ukrayna Hərbi Hava Qüvvələrinin arsenalına daxil olan Türkiyə istehsallı dronlar ilk dəfə havaya qaldırılıb.
Teleqraf.com xəbər verir ki, Rusiyaya mesaj məqsədi ilə havaya qaldırılan dronlar batrədə ölkənin dövlət televiziyası reportaj yayıb.
Qeyd edək ki, ötən il Türkiyə və Ukrayna arasında 6 ədəd “Bayraqdar” TB2 dronu, 3 ədəd yerdən idarəetmə sistemi satmaq haqqında razılıq əldə olunmuşdu.
Testlərdən sonra Ukraynaya təqdim edilən dronlar ilk uçuşunu həyata keçirib.
Ukrayna dövlət televiziyası dronlar haqqında reportajında xüsusilə qeyd edib ki, TB2 dronları Suriyada Rusiya hava müdafiə sistemi Pantsir-S1 radarları məhv edib.