17 Mart 2020 14:58
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərindən Yəmənə göndərilən konteynerin içindən zirehli hərbi texnikanın çıxması şok effekt yaradıb.

Teleqraf.com xəbər verir ki, Sokotra limanında mühafizə dəstələri BƏƏ-dən gələn Xəlifə Bin Zayid Ə Nahyan Vəqfinə məxsus gəmidə axtarış aparıblar.

Axtarış zamanı gəmidəki konteynerlərin birində hərbi təchizatla yanaşı, zirehli texnika da tapılıb. Adının açıqlanmasını istəməyən mənbə konteynerin BƏƏ-nin Sokotra adasındakı təmsilçisi Hilfan bin Mübarək əl-Mezruinin rəhbərlik etdiyi balıq şirkətinin adını daşıdığını söyləyib.

BƏƏ məsələ ilə əlaqədar rəsmi açıqlama verməyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər