Con Hopkins Universiteti federal hakimiyyət və ştat rəhbərlərinin hesablamalarına əsasən ABŞ-da COVID-19 koronavirus infeksiyasına 9345 yoluxma hadisəsinin qeydə alındığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Məlumata görə, ABŞ-da ümumilikdə 150 nəfər koronavirusdan ölüb, 106 xəstə sağalıb.
Daha əvvəl ABŞ-da iki konqresmenin koronavirusa yoluxduğu xəbəri yayılmışdı.