19 Mart 2020 13:20
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Maliyyə naziri Olaf Şolts koronavirus üçün keçdiyi testin mənfi nəticə verdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Şolts martın 18-də “Tvitter”də güclü soyuqdəymə ilə yuxudan oyandığını, ehtiyat tədbir kimi koronavirus testindən keçməyi və evdən işləməyi qərara aldığını açıqlamışdı.

“Səsim hələ də bərpa olunmayıb, soyuqdəymə bir az azalıb və test mənfi nəticə verib. Bütün xoş arzularınız üçün çox sağ olun”, – deyə nazir “Tvitter”də yazıb.

O, yenidən kansler aparatındakı görüşlərdə iştirak etməyə başlayacağını qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər